SƏNAYE

Bir neçə ildən sonra Azərbaycanda bu xəstəlik olmayacaq
18 DEKABR 2018
189

Bir neçə ildən sonra Azərbaycanda bu xəstəlik olmayacaq

2018-12-18 17:03:00

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti heyvanlarda bruselyoz xəstəliyinə qarşı mübarizə aparılmasına da öz dəstəyini əsirgəmir.

Fins.az xəbər verir ki, bu barədə dekabrın 18-də keçirilən mətbuat konfransında Dövlət Xidmətinin rəisi Mirzə Əliyev məlumat verib. Xidmət rəisi diqqətə çatdırıb ki, xəstəliklə mübarizə aparan baytar həkimlər 2018-ci ildə vaksinlərlə, avadanlıq, geyim və təhlükəsizlik vasitələri ilə təchiz olunublar. “Bu il dekabrın 1-dək 401 min 435 baş iribuynuzlu, 1 milyon 477 min 350 baş xırdabuynuzlu heyvan peyvəndlənib. Aparılan planlı fəaliyyət nəticəsində 3-4 il ərzində Azərbaycanda bu xəstəliyin tam aradan qaldırılması nəzərdə tutulub”, - deyə Mirzə Əliyev bildirib.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256