SƏNAYE

Kənd yerlərində bu problem həll olunub
18 DEKABR 2018
194

Kənd yerlərində bu problem həll olunub

2018-12-18 16:24:00

Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi çərçivəsində Ağdaş və Yevlax rayonlarında 125 kənddə 30 mindən yuxarı təsərrüfatın suvarma suyu ilə təmin edilməsi üçün ikinci və üçüncü dərəcəli xətlərin bərpası və tikintisi aparılıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti 2018ci ilin yekunu ilə bağlı mediaya hesabat verib.

Ümumiyyətlə, 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 20 layihə idarə olunub. Bu layihələrin 13-ü icra olunmaqdadır, 7- sinin isə icrasına yaxın vaxtlarda başlanacaq. “2018-ci il bizim üçün çox məşğul bir il oldu. Ümid edirik ki, qarşıdakı ildə kənd təsərrüfatı sahəsinə investisiyaların cəlb edilməsi istiqamətində fəaliyyətlərimiz müsbət nəticələr verəcək, planladığımız yeni layihələrimiz başlayacaq” – Mirzə Əliyev belə deyib.

Müəllif: Tuncay Türbəndəzadə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9271
  • ₽ RUB
    0.0263