SƏNAYE

Azərbaycanda "Atlas" hazırlandı
18 DEKABR 2018
220

Azərbaycanda "Atlas" hazırlandı

2018-12-18 15:34:00

Mirzə Əliyev  Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti 2018 ci ilin yekunu ilə bağlı hesabatı açıqlayıb. 

Dövlət Xidmətinin rəisi Mirzə Əliyev tədbir zamanı bildirb ki, ilk dəfə olaraq, “Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlər” Atlası hazırlanıb, çap edilib. Atlas istər elmi, istərsə də, praktiki istifadə üçün dəyərli bir mənbədir.

Dövlət Xidmətinin bitki sağlamlığı istiqamətində atdığı addımlar Azərbaycan üçün ilklər siyahısına düşüb.

İlk dəfə olaraq, 3 bitki - kartof, qarğıdalı və meyvə bağları üzrə zərərvericilərə qarşı inteqrir mübarizə təlimləri keçirilib. Ümumilikdə, 30 təlimdə 900-dən artıq fermer və mütəxəssis iştirak edib. 2018-ci ildə son 20 ildə ilk dəfə olaraq, Azərbaycan Dövlət Aqrar Universitetində “Bitki mühafizəsi” ixtisasına tələbə qəbul edilib. Qəbul edilən 30 tələbənin hamısı dövlət sifarişi ilə təhsil alır. İxtisasın bakalavr pilləsi üçün kurrikulum Dövlət Xidmətinin dəstəyi ilə hazırlanıb. Hazırda magistr və doktorantura pillələri üçün kurrikulum hazırlığı üzərində iş gedir. Dövlət Xidmətinin aqrar sahədə kadr hazırlığına verdiyi daha bir dəstək ADAU-da tədris-təcrübə məqsədli müasir tipli ferma kompleksinin tikintisidir. “Baytarlıq təbabəti” fakültəsinin tələbələrinin praktiki biliklərə yiyələnməsi məqsədilə ötən il təhvil verilmiş 20 başlıq tövlə ilə yanaşı, 2018-ci ildə 30 başlıq daha bir ferma tikilib. Kompleks yemdoğrayan avadanlıq, sağım aparatları ilə təchiz olunub, 20 baş cins inək alınıb. Bundan başqa, kompleksdə 4 Qarabağ atı alınıb və onlar üçün də tövlə var.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264