SƏNAYE

Bu qurum Azərbaycanın məhsul ixracına dəstək verəcək
14 DEKABR 2018
307

Bu qurum Azərbaycanın məhsul ixracına dəstək verəcək

2018-12-14 17:45:00

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda aqrar ticarətin inkişaf etdirilməsi üçün yeni regional layihənin icrasına başlayacaq. Fins.az xəbər verir ki, bu barədə FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak bildirib. Onun sözlərinə görə, layihənin büdcəsi təxminən 400 min ABŞ dolları təşkil edəcək. 

"Layihə çərçivəsində 2-3 növ ərzaq növünün hər biri üçün 4 bazar araşdırması aparılacaq. Hər bir ərzağın hansı bazara uyğun olması müəyyənləşdiriləcək, ona nə dərəcədə ehtiyac olması öyrəniləcək. Bununla da, Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracında dəstək veriləcək", - deyə FAO rəsmisi qeyd edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264