SƏNAYE

Azərbaycan atı dünyada necə tanılır?
08 DEKABR
261

Azərbaycan atı dünyada necə tanılır?

2018-12-08 11:33:00

Bir çox tarixi faktlar göstərir ki, eramızdan əvvəl V minilliyin sonu, IV minilliyin birinci yarısına aid indiki Cəlilabad rayonunun ərazisində eneolit dövrünün son mərhələlərinə aid Əliköməktıpə abidəsində tapılan heyvan sümüklərinin 7,5 % -ni at sümükləri təşkil etmişdir. Bununla belə, həmin abidədə tapılmış at sümüklərinin xeyli hissəsinin əhliləşdirilmiş atlara məxsus olması, daha maraqlısı isə, bu mərhələdə azı iki at tipinin olmasının müəyyən edilməsidir. Qədim Azərbaycan dövlətləri – Manna, Midiya, Atropatenanın geniş düzənlikləri, bol sulu otlaqları maldarlığın və atçılığın inkişafı üçün olduqca əlverişli idi.

Fins.az xəbər verir ki, mənbələrdə qeyd olunur ki, dünyada ən geniş yayılmış Ərəb atlarının, Təmizqanlı İngilis minik atlarının cins kimi formalaşmasında Azərbaycan atlarının da müəyyən rolu olmuşdur. Ən qədim dövrlərdən Azərbaycandan İrana, Ərəb ölkələrinə, Rusiyaya, Avropaya çoxlu miqdarda atlar aparılmışdır. Bütün bunlar Azərbaycanda mədəni atçılığın dərin köklərinin olmasını sübut edir.

Hazırda dünyada mövcud olan 260 at cinslərinin ikisi – Qarabağ və Dilbaz at cinsləri Azərbaycan xalqına məxsusdur. Müasir dünyada elmin, texnikanın sürətli inkişafına baxmayaraq, atçılığa maraq nəinki azalmamış, hətta ən gəlirli biznes sahələrindən birinə çevrilmişdir. Bu, ilk növbədə damazlıq atçılığın inkişafı sayəsində mümkün olmuşdur.

Atçılığın inkişafı sözsüz ki, mükəmməl normativ-hüquqi bazanın yaradılmasından çox asılıdır. Bu zərurət nəzərə alınaraq, 2007-ci ildə “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanunu Milli Məclisdə qəbul edilmiş, Qanunun tətbiqi ilə əlaqədar 22 may 2007-ci il tarixli Prezident Fərmanı qüvvəyə minmişdir. Hazırda yeni iqtisadi şəraitin və bu sahədə beynəlxalq qaydaların tələblərinə uyğun olaraq atçılığın normativ-hüquqi bazasının tıkmilləşdirilməsi, o cümlədən atların identifikasiyası və pasportlaşdırılması üzərində əsaslı tədbirlər həyata keçirilir.

Bu sıradan “Atçılığın inkişafı üzrə proqram” xüsusi əhəmiyyət kəsb edir. Həmin proqramda əsas hədəf kimi aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur:

- mülkiyyət formasından asılı olmayaraq bütün atçılıq subyektlərində atların baş sayını optimal miqdarda saxlamaqla və elmi əsaslandırılmış seleksiya – damazlıq işlərinin aparılması ilə atların keyfiyyət parametrlərini yüksəltmək;
- yetişdirilən yüksək keyfiyyətli atlardan təyinatı üzrə və səmərəli istifadə edilməsi, yeni mütərəqqi texnologiyaların tətbiqi və əlverişli istehsalat – maliyyə mühitinin yaradılması ilə atçılığın rəqabətədavamlı və gəlirli təsərrüfat sahəsi kimi formalaşmasını təmin etmək;
- atçılıq subyektlərinin, xüsusilə damazlıq atçılıq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, yetişdirmə, bəsləmə, məşq, sınaq işlərinin səviyyəsini yaxşılaşdırmağa nail olmaq;
- yerli genofondun ən qiymətli nümunələri olan Qarabağ və Dilbaz at cinslərinin, eləcə də ölkədə yetişdirilən cins, idman və digər təyinatlı atların qorunub saxlanması, damazlıq şəbəkəsinin genişləndirilməsi, kütləvi atçılıqda keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bütövlükdə sahənin inkişafına nail olmaq.  (Kendli Bazari.az-Agro)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256