SƏNAYE

Bu il Azərbaycandan Ukraynaya 376 mln. dollarlıq xam neft ixrac edilib
07 DEKABR
70

Bu il Azərbaycandan Ukraynaya 376 mln. dollarlıq xam neft ixrac edilib

2018-12-07 17:00:00

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan Ukraynaya 376,337 mln. ABŞ dolları məbləğində xam neft ixrac edilib.

Fins.az-ın “Report”-a istinadən verdiyi məlumata görə, hesabat dövründə ümumilikdə Ukrayna 400,96 mln. dollar məbləğində xam neft idxal edib ki, bu da 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 0,6% azdır.

Bu müddət ərzində Ukrayna İrandan 14,538 mln. dollar, Əlcəzairdən 7,176 mln. dollar, digər ölkələrdən isə 2,917 mln. dollar məbləğində xam neft idxal edib.

Hesabat dövründə Ukrayna neft ixracını həyata keçirməyib.

Bu ilin yanvar-noyabr aylarında Ukrayna xam neft idxalınının miqdarını 2017-ci ilin analoji dövrü ilə müqayisədə 24,1% və ya 223,447 min ton azaldıb. Nəticədə 2018-ci ilin 11 ayı ərzində Ukrayna 702,31 min ton xam neft idxal edib.

Qeyd edək ki, 2017-ci ilin yekunlarına əsasən, Ukrayna ümumi dəyəri 441,219 min dollar olan 1 013,359 min ton miqdarında xam neft idxal edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256