SƏNAYE

Norm Sement-dən fiziki məhdudiyyətli uşaq və gənclərə dəstək
05 DEKABR
93

Norm Sement-dən fiziki məhdudiyyətli uşaq və gənclərə dəstək

2018-12-05 15:06:00

Norm şirkəti 3 dekabr – Ümumdünya Əlillər günündə Qaradağ rayonunda yerləşən Müşfiq adına Əlil Uşaqlara Yardım İctimai Birliyində müalicə alan fiziki məhdudiyyətli uşaq və gənclərlə birgə növbəti sosial layihəsini həyata keçirdi. Tədbir əl işlərinin müəllifləri, Norm şirkətinin Marketinq şöbəsinin əməkdaşları və mərkəzin müəllim heyətinin iştirakı ilə baş tutdu.

Tədbirdə uşaq və gənclər tərəfindən müxtəlif ölçülü muncuqlar, biser və quş yemi ilə hazırlanmış əl işləri, çəkilmiş rəsmlər Norm Sement əməkdaşlarına təqdim edildi. Yaradıcı gəncləri gördükləri işlərə həvəsləndirmək, cəmiyyətə faydalı ola biləcəklərini onlara aşılamaq və mübariz olmaqları üçün daha da stimullaşdırmaq məqsədilə onların hazırladıqları əl işləri şirkət tərəfindən əldə edildi. Tədbir iştirakçılarına əsərlərin Norm Sement zavodunun ən gözəl guşəsində nümayiş etdiriləcəyi və müştərilərə dəyərli hədiyyələr qismində təqdim ediləcəyi bildirildi.

Norm şirkəti fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunması, ictimai-mədəni fəaliyyət sferalarından kənarda qalmamaları üçün daim həvəsləndirici sosial layihələr həyata keçirir. Şirkət 2019-cu ildə də korporativ sosial məsuliyyət çərçivəsində əlil insanlara dəstək məqsədli silsilə tədbirlər həyata keçirməyi planlaşdırır və gələcək layihələri ərsəyə gətirmək üçün əlaqədar qurum və mərkəzlərlə əməkdaşlıq edir.

Norm Sement zavodunun istehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edir. Zavodun əsas texnoloji avadanlıqları Almaniya, Fransa, Hollandiya və Avropanın digər ölkələrinin ən qabaqcıl şirkətləri tərəfindən təchiz edilmişdir. Bu müasir avadanlıq və texnologiyalar zavodun yüksək məhsuldarlığını və rəvan istismarını təmin etməklə yanaşı Avropanın ən sərt ekoloji standartlarına cavab verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256