SƏNAYE

Azərbaycandan fındıq ixracı azalıb
05 DEKABR
76

Azərbaycandan fındıq ixracı azalıb

2018-12-05 09:37:00

Bu ilin doqquz ayında Azərbaycan xaricə 10 150,8 ton təmizlənmiş fındıq ixrac edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2% azdır.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildiriblər.

İlin əvvəlindən ixracatçılar fındıq satışından (o cümlədən 65,7 ton təmizlənməmiş fındıq) 52 mln. 530 min dollar gəlir əldə ediblər. Bir ton məhsul orta hesabla 5 234 dollara satılıb. Ötən il Azərbaycan fındığının tonu orta hesabla 5 785 dollara satılmışdı. Fındıq ixracından gəlir 15,5% azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256