SƏNAYE

Azərbaycanda yeni 300 ədəd subartezian quyu qazılıb
04 DEKABR
50

Azərbaycanda yeni 300 ədəd subartezian quyu qazılıb

2018-12-04 10:55:00

Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 300 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işləri tam başa çatdırılıb.

Fins.az xəbər verir ki, Bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov məlumat verib.

Səhmdar Cəmiyyətin mətbuat katibi bildirib ki, Prezident İlham Əliyevin 2018-ci il 12 mart tarixli "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamı ilə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 2018-ci ildə 300 ədəd subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılmışdı. Sərəncamdan irəli gələn işlər artıq tam başa çatıb.

Dilqəm Şərifovun sözlərinə görə, subartezian quyularının çox hissəsi cəbhə xəttinə yaxın ərazilərdə qazılıb. Məqsəd döyüş bölgəsinə yaxın ərazilərin su təminatının daha da yaxşılaşdırılmasıdır.

©AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256