SƏNAYE

Gilan Holding “MKT İstehsalat Kommersiya” pambıqçılıq üzrə rekord məhsuldarlıq əldə edib
29 NOYABR
337

Gilan Holding “MKT İstehsalat Kommersiya” pambıqçılıq üzrə rekord məhsuldarlıq əldə edib

2018-11-29 14:45:00

“MKT İstehsalat Kommersiya” pambıqçılıq üzrə rekord məhsuldarlıq əldə edib Dövlət başçısının ölkədə pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə vətapşırıqlara müvafiq olaraq son illərdə Azərbaycanda bu sahadə yüksək nəticələr əldəolunur. Respublika ərazisində pambıq əkin sahələri genişləndirilir, yeni sortlar yetişdirilərəkistehsalatda tətbiq olunur və müasir avadanlıq vasitəsilə emalı, daxili və xarici bazarlaraçatdırılması təmin edilir.Ölkənin pambıq və pambıq məhsulları istehsalı və satışı ilə məşğul olan aparıcışirkəti “MKT İstehsalat Kommersiya” MMC pambıqçılığın inkişafına öz töhfəsini vermişdir.

1995-ci ildən fəaliyyətə başlayan Cəmiyyət ölkənin pambıqçılıqla məşğul olan qabaqcılrayonlarında (Ağcabədi, Ağdam, Ağdaş, Biləsuvar, Beyləqan, Bərdə, Neftçala, Saatlı,Sabirabad, Salyan, Kürdəmir, Tərtər, Goranboy, İmişli, Ucar, Yevlax, Zərdab) yeni pambıqsortlarının əkilməsi, məhsuldarlığın artması, əlverişli infrastrukturun yaradılmasıistiqamətində işlər aparmaqda davam edir.2018-ci ildə yeni texnologiyanın tətbiqi sayəsində 45,000 hektar sahədə, o cümlədən8800 nəfərdən çox fermerə məxsus 40,000 hektar və şirkətə məxsus 5,000 hektar sahədəpambıq əkilib becərilmişdir.

Cari ilin sentyabr ayından etibarən şirkət filial və xüsusiməntəqələrində pambıq qəbuluna başlayıb. Tədarük mövsümünün başlanmasındanetibarən “Ağ qızıl” sortları üzrə 118 min tondan çox xam pambıq artıq qəbul edilib.Mövsümün sonunadək filiallarda və pambıq qəbulu məntəqələrində 120 min tondan artıqxam pambığın qəbulu gözlənilir. Bu isə 1 hektar üçün 26.7 sentner orta məhsuldarlıqdeməkdir. Qeyd edək ki, bu nəticə ötən ilin göstəricisi ilə müqayisədə 8 sentner çoxdur.Fermerlərlə təşkil edilmiş qarşılıqlı işgüzar əlaqələr nəticəsində, onlara bu günəqədər pambığın dəyəri olaraq 36,600,000 AZN vəsait ödənilmişdir ki, bu da hər hektara914 AZN məbləğində qazanc deməkdir. Bu münasibətlər getdikcə zənginləşir vədoğmalaşır.


Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxracİcmalı”nın 2018-ci ilin sentyabr ayında qeyri-neft sektoru üzrə malların ixracına dair dərcolunan reytinqə əsasən, “MKT İstehsalat Kommersiya” MMC 2018-ci ilin yanvar-avqustaylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərinin siyahısında 2-ci yertutub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə şirkət ixrac gəlirlərini 28.1 milyon artıraraq48.1 milyon ABŞ dolları məbləğinə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256