SƏNAYE

Bu zavoddan bütün Qafqazda yalnız Azərbaycanda var
28 NOYABR
250

Bu zavoddan bütün Qafqazda yalnız Azərbaycanda var

2018-11-28 14:53:00

STP-nin zavodları arasında flagman Kabel istehsalı  zavodudur. Belə ki, burada yerləşən kabel zavodu nəinki regionun, həmçinin dünyanın ən böyük zavodlarından biridir. Fins.az xəbər verir ki, zavodda 28 min çeşiddə kabel istehsal etmək mümkündür. Əldə etdiyimiz məlumata görə, bu kabel zavodu dünyada 500kV-luq kabel istehsal edən nadir müəssisələrdən olmaqla yanaşı, həmçinin bütün regionda fiber optik kabel istehsal edən yeganə müəssisədir. Zavodun illik istehsal gücü 120 min tondur. Adı çəkilən zavodun 110 Kv-LUQ kabelləri “KEMA” beynəlxalq sertifikatına malikdir. bu da o deməkdir ki, bu kabellər Avropa və ABŞ kimi böyük bazarlara da çıxarıla  bilər.

Texnoparkın yüksək gərginlikli kabeli Sumqayıtda ən böyük, 128 metr hündürlüyü olan qüllənin yuxarı hissəsində hazırlanmağa başlayaraq birbaşa zavoda daxil olur və burada barabanlara sarılır. STP-nin kabelləriyerli bazarda satılmaqla yanaşı Qazağıstan, Tacikistan, Gürcüstan və Rusiya bazarlarına da ixrac olunur. Hal-hazırda regionda yüksək gərginli kabel istehsal edən ikinci zavod yoxdur. 

Zavodlar  kompleksinin  imkanları  Qərb bazarlarına  çıxış imkanları  yaradır. Bu səbəbdən STP  Qərbi və Şərqi Avropa,  Amerika, Yaxın Şərq  kimi  regionlarla maraqlanır və satış  imkanlarını genişləndirmək imkanlarını araşdırır. 

Qərb ölkələri ilə bağlı planlar  gələcəklə bağlı olsa da, STP Orta Asiya regionunda bir çox böyük layihələrdə iştirak edib. Bunlar  Qazaxıstanda üçüncü ən böyük şəhər olan Şımkənti elektrik enerjisi ilə təmin edəcək BURIL Yarımstansiyası, dünyaca şöhrətli Arcelor Mittal şirkətinə məxsus Temirtau şəhərində yerləşən metallurgiya bazasının genişləndirilməsi, Kızılorda şəhərində inşa edilən və Orta Qazaxıstan Vilayətinin ən böyük alış-veriş mərkəzi Kızılorda Plazanın tikintisi, Astana şəhərində Astana-2 yarımstansitasının bərpa işləri, Tacikistanda RAVŞAN yarımstansıyasının tikintisi və yenidənqurulması, ROQUN su elektrik stansiyasının yenidənqurulması, Qırğızıstanda paytaxt Bişkekin mərkəzi küçəsində inşa edilən şəhərciyin tam elektrik enerjisi ilə təmin edəcək Bişkek-2 yarımstansiyasının tikintisi zamanı STP-nin  yüksək keyfiyyətli  kabel məhsullarıdır. 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255