SƏNAYE

SOCAR Almaniya şirkətinin Türkiyədəki aktivlərini alıb
28 NOYABR
74

SOCAR Almaniya şirkətinin Türkiyədəki aktivlərini alıb

2018-11-28 14:46:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A. Ş” Almaniyanın “EWE AG” şirkətindən Türkiyədə şəhərdaxili qazpaylama şirkətlərini satın alıb.

Fins.az xəbər verir ki, şirkətin Türkiyədəki törəməsi “EWE Turkey Holding”ə daxil olan “Bursagaz”, “Kayserigaz” “EWE Enerji”, “Enervis” şirkətləri SOCAR-a satılıb. Məlumata görə, əqdin dəyəri 140 mln. dollar təşkil edir.

Qeyd edək ki, “EWE Turkey Holding” 2007-ci ildə Türkiyə bazarına daxil olub. “EWE” “Bursagaz” və “Kayserigaz”da 80% paya sahib olub. Bu şirkətlərdə “Çalık Enerji”nin 10%, müvafiq bələdiyyələrin isə 10% payı var.

Eləcə də bax:Azərbaycanda fəaliyyət göstərən sənaye müəssisələrinin sayı AÇIQLANIB

©Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256