SƏNAYE

Dünya nəhəngi “CLAAS” Azərbaycanda “Agro Akademiya” açdı
28 NOYABR
683

Dünya nəhəngi “CLAAS” Azərbaycanda “Agro Akademiya” açdı

2018-11-28 12:12:00
Kənd təsərrüfatında keyfiyyətli texniki avadanlıqlardan istifadə etmək məhsulun keyfiyyəti və məhsuldarlığın yüksək olması üçün mühüm şərtdir.
Fins.az xəbər verir ki, dünyanın ən tanınmış kənd təsərrüfatı texnikası istehsalçısı “CLAAS” Azərbaycandakı istifadəçilərini düşünərək, onların texniki avadanlıqlardan rahat istifadə etməsi və zəruri ehtiyaclarının ödənilməsi məqsədilə rəsmi tərəfdaşı olan “4S” şirkətinin Bakıda servis mərkəzini açdı. Mərkəz kənd təsərrüfatı ilə məşğul olan zəhmətkeş insanların və təşkilatların tələbatlarını operativ şəkildə ödəməyə imkan verəcək.
Eyni zamanda sahəsi 800 kv.m olan yeni Mərkəz ən müasir diaqnostik və servis avadanlığı ilə təchiz olunub və həm də azərbaycanlı mütəxəssislər üçün müasir bir iş yeridir. Servis mərkəzində zəruri ehtiyat hissələri ilə operativ təchiz etməyə imkan verən geniş anbar, komfortlu gözləmə və dincəlmə zonası, servis xidməti və təmir zonası, həmçinin satış üçün nümayiş etdirilən texnikaların yerləşdiyi açıq pavilyon da yerləşir. Müştərilərə “CLAAS” texnikası ilə işləmək, onun diaqnostikası, zəruri servis və təmiri ilə bağlı bütün xidmətlər təklif ediləcək.
 
 
Məhsul yığımı mövsümündə isə servis xidməti həftənin yeddi günü fasiləsiz işləyəcək. Mərkəzin açılış mərasimində İdarə Heyətinin üzvü cənab Bernd Lüdeviq, ixracat üzrə regional menecer cənab Vasili Zayder şəxsində “CLAAS Group” şirkətinin rəsmiləri, həmçinin şəbəkənin digər diler mərkəzlərinin rəhbərləri və menecerləri, aqrarekspertlər, şirkətin tərəfdaşları iştirak ediblər. “4S” şirkətinin rəhbəri Elxan Ələkbərov çıxışında bildirib ki, qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyev tərəfindən prioritet elan edilib.
Azərbaycanda kənd təsərrüfatının innovasiya əsaslı inkişafına dəstək vermək üçün tədbirlər görülür. Bu xüsusda CLAAS texnologiyasının Azərbaycanda istifadə edilməsi aqrar sahədə keyfiyyət dəyişikliklərinə səbəb olur. Artıq bir neçə ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstərən CLAAS şirkətinin texnika və texnologiyalarını, bütün xidmətlərini bir məkanda cəmləyən Mərkəz regional müstəvidə kənd təsərrüfatında çalışanlara öz xidmətlərini göstərəcək. “CLAAS Group”-un İdarə Heyətinin üzvü cənab Bernd Lüdeviq Azərbaycan bazarının təmsil etdiyi şirkət üçün prioritet olduğunu vurğulayıb: “Yerləşdiyi geostrateji mövqe Azərbaycana regional mərkəz olmağa imkan yaradır. Fermerlərə təkcə texnikanın satışı kifayət etmir, onların bilik və bacarıqlarının artırılması da vacibdir”. Qeyd edək ki, “CLAAS Group” və onun Azərbaycandakı servis tərəfdaşı olan “4S” şirkəti arasında Azərbaycanda kənd təsərrüfatı prinsiplərini bazadan başlayaraq innovativə qədər tədris edəcək “Agro Akademiya”nın yaradılması ilə bağlı protokol imzalanıb. Vurğulayaq ki, yerləşmə regionundan və ölkəsindən asılı olmayaraq, “CLAAS” şirkətinin bütün tərəfdaşları öz servis mərkəzlərində ərazi, avadanlıq və funksionallıq baxımından konsernin vahid standartına riayət etməlidirlər. Bu tələblər həm Azərbaycandakı, həmdə digər ölkələrdəki “CLAAS” tərəfdaşları üçün eynidir. Bütün servis personalı “CLAAS” texnikasına zəmanətli vəservis dəstəkli xidmətlə bağlı qoyula biləcək bütün məsələləri effektiv həll etməyə imkan verən zəruri təlimləri keçir.
“CLAAS” şirkətinin Azərbaycandakı rəsmi servis tərəfdaşı olan “4S” şirkəti 2017-ci ilin oktyabrında təsis edilmişdir. Hazırda “4S” şirkəti müştərilərinə CLAAS məhsulları ilə yanaşı, aqrar sahədə alman brendi olan LEMKEN və AMAZONE şirkətlərinin texnikasını da təklif edir. Məlumat üçün qeyd edək ki, Mərkəz Səbail dairəsi, Salyan yolu 14-də yerləşir. Əlaqə üçün: *3131 nömrəsinə, [email protected] ünvanına yaza bilərsiniz. Əlavə məlumat üçün www.ssss.az keçid edin.
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256