SƏNAYE

Pambığın növü üzrə alış qiymətləri açıqlandı - Artırılıb
28 NOYABR
76

Pambığın növü üzrə alış qiymətləri açıqlandı - Artırılıb

2018-11-28 10:22:00

Noyabrın 27-nə olan operativ məlumata görə, pambıq qəbulu məntəqələrinə 216 min 403 ton məhsul təhvil verilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Fins.az-a verilən məlumata görə, ölkə üzrə pambıq tədarükündə Saatlı (28 min 391 ton), Bərdə (23 min 571 ton), Ağcabədi (21 min 952 ton), Biləsuvar (20 min 563 ton) və Beyləqan (20 min 285 ton) rayonları irəlidədir. Ötən ilin eyni dövrü ilə müqayisədə 2018-ci ildə 13,1 faiz çox pambıq tədarük olunub. Sahələrdən pambıq yığımı davam edir.

Qeyd edək ki, dövlət emal müəssisələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə fermerə 10 qəpik subsidiya verir. Həmçinin pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2018-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 600-dən 650 manata, 2-ci növün 580-dən 630 manata, 3-cü növün 540-dan 590 manata, 4-cü növün 500-dən 550 manatadək artırılıb.

Eləcə də bax: Azərbaycanda pambıq əkini sahələri azaldılacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256