SƏNAYE

Kəndimizə peykdən baxacağıq
26 NOYABR
185

Kəndimizə peykdən baxacağıq

2018-11-26 16:57:00

Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində peyk müşahidəsi xidmətlərinin aktiv istifadə edilməsi kənd təsərrüfatımızda aşağıdakı nəticələrin əldə olunmasına imkan verəcək:

- əkinəyararlı torpaqların inventarlaşdırılması imkan verəcək ki, dövriyyədə olan torpaqların uçotu aparılsın, nə qədər sahələrin əkildiyi məlum olsun;
- əkin altında olan və olmayan torpaqların keyfiyyət göstəricilərinin müəyyən olunması asanlaşacaq, müxtəlif sabəblərdən baş verən dəyişikliklərin (torpaq resurslarının eroziya və deqradasiya proseslərinin dəqiq monitorinqi) müntəzəm monitorinqi həyata keçiriləcək;
- Əkilən bitkilərin vegetasiya mərhələlərinin nəzarətdə saxlamaq, fitosanitar müdaxilələrin vaxtında aparılması, sahələrdə yayılan xəstəliklərin və onların yayılma arealının müəyyən olunması asanlaşacaq; 
- Əkin sahələrində bitkilərə lazım olan həddə gübrələmənin aparılması, bitkinin potensial məhsuldarlığının proqnozlaşdırılması; 
- Kənd təsərrüfatının inkişafında ən mühüm addımlardan biri olan sığorta sisteminin qurulması üçün əkinlərin qiymətləndirilməsi, fermerlərə dəymiş zərərin miqyasının müəyyən edilməsi;
- Torpaqlardan səmərəli istifadə, növbəli əkin sisteminin qurulması üçün məlumat bazasının yaradılması;
- Kənd təsərrüfatı istehsalında vazkeçilməz olan meliorasiya və su təsərrüfatı sahəsinin inkişafının planlaşdırılması;
- Torpaqlardan təyinatı üzrə istifadəyə nəzarət və torpaqlardan faktiki istifadənin monitorinqi.
İnanıram ki, Proqramın icrası uğurla həyata keçirilərsə aqrar sektorumuzun informasiya tutumu artacaq, dəqiq analizlərin aparılması mümkünləşəcək.

Müəllif: "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri Nicat Nəsirl

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256