SƏNAYE

Göyçayda 11 min hektardan çox sahədə əkin işləri aparılıb
26 NOYABR
59

Göyçayda 11 min hektardan çox sahədə əkin işləri aparılıb

2018-11-26 14:43:00

Göyçay rayonunda taxıl səpini davam edir və artıq bir sıra ərazilərdə, o cümlədən Alpout, Qaraməryəm, Şəkər, Ləkçıplaq, Bəydövül və sair ərazi vahidlərində bu iş başa çatmaq üzrədir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, gələn ilin məhsulu üçün 15 min hektarda payızlıq taxıl əkini nəzərdə tutulub və indiyədək 11370 hektarda səpin işləri aparılıb. Əkilən sahələrin 5850 hektarı buğda, 5520 hektarı isə arpadır. Səpin üçün 45 texnikanın qüvvəsindən istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255