SƏNAYE

Fermerlərə 9 mln. manatlıq kredit verilib
23 NOYABR
114

Fermerlərə 9 mln. manatlıq kredit verilib

2018-11-23 14:04:00

 Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən aprel ayından etibarən müvəkkil kredit təşkilatları vasitəsilə 8 ay ərzində mln. 877 min manat məbləğində kredit verilib.

Fins.az-a verdiyi xəbərə görə, bu barədə xidmətin rəis müavini Əmir Əmirli məlumat verib. Onun sözlərinə görə, kreditlərin orta məbləği 45-50 min manat arasında dəyişir.

"Orta çekin məbləğinin aşağı düşməsi həm bizim, həm də müvəkkil kredit təşkilatlarının səyi nəticəsində baş tutub. Düşünürük ki, daha çox məbləği daha məhdud sayda fermərə verməkdənsə, nisbətən az məbləğlə daha çox fermeri kreditlə təmin etmək məqsədəuyğundur".

O bildirib ki, əsas məqsdələrindən biri bütün kənd təsərrüfatını elektronlaşmaqdır: "Peykdən torpaqların araşdırılması, suvarma torpaqlarının miqdarının müəyyənləşməsi,digər torpaq növlərinin araşdırılması kənd təsərrüfatı ilə bağlı məlumatların bir bazada toplanması da bizim əsas layihələrimizdəndir. Bu sistem artıq hazırlanıb. Düşünürəm ki, gələn ilin ortasına istifadəyə veriləcək".

Rəis müavini həmçinin beynəlxalq qurumlarla birlikdə "skorrinq" proqramının hazırlandığını açıqlayıb. Onun sözlərinə görə, hazırda bu proqram son tamamlama mərhələsindədir.

"Skorrinq vasitəsilə kredit təşkilatları verəcəkləri kreditləri düzgün analiz edə biləcəklər. Hazırda skorrinqin elektron aqrar-kredit sisteminə transformasiyasını müzakirə edirik. Hesab edirəm ki, ilin sonunadək beynəlxalq qurumlarla bununla bağlı razılıq əldə edəcəyik", - deyə o qeyd edib.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256