SƏNAYE

“Azərenerji” elektrik enerjisi istehsalını artırıb
23 NOYABR
89

“Azərenerji” elektrik enerjisi istehsalını artırıb

2018-11-23 11:45:00

Bu ilin oktyabr ayında “Azərenerji” ASC 1,8 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib. 

Fins.az Bu barədə quruma istinadən xəbər verir. 

Xatırladaq ki, bu rəqəm ötən ilin oktyabr ayında 1,7 mlrd. kVt/saat təşkil edib. 

"Ay ərzində ölkənin enerji sisteminin əlaqəsi olduğu dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib. Eyni zamanda “Azərenerji” enerji təhlükəsizliyi, sistemdə hər hansı problemin yaranmaması, fasiləsizlik prinsipinin qorunub-saxlanılması, istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi sahəsində vəzifə və funksiyalarının yüksək keyfiyyətlə həyata keçirmək məqsədilə yenidənqurma (müasirləşdirmə) tədbirlərinə başlayıb", - deyə məlumatda qeyd olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256