SƏNAYE

Dünyanın ən bahalı bitkisi
22 NOYABR
266

Dünyanın ən bahalı bitkisi

2018-11-22 14:59:00

Ölkədə əkin strukturundan çıxmış, lakin iqtisadi əhəmiyyəti böyük olan sahələrdən biri zəfəran əkinidir. Bu gün ölkəmizdə bu qiymətli bitkinin əkini, istifadəsi, iqtisadi səmərəsi haqqında fikir söyləmək çətindir, çünki heç rəsmi statistikası belə aparılmır.

Sovet dövrü bu sahə xüsusi diqqətdə olub, Abşeronda ixtisaslaşmış təsərrüfat fəaliyyət göstərib, yüzlərlə ailə həyətyanı sahəsində bu bitkini əkib becərib. Bilgəh qəsəbəsindəki 18 hektarlıq zəfəran sovxozu adı ilk məşhur idi, ildə 600 kq zəfəran istehsal olunardı, hazırda bu rəqəmin nə qədər olduğu məlum deyil. Qeyri-rəsmi göstəricilərə görə, yalnız Zirə qəsəbəsində 6,5 hektarlıq bir təsərrüfatda əkilir bu qiymətli bitki. Zəfərançılıq əməktutumlu sahə olduğu üçün kənd yerlərində məşğulluğun artırılmasında, əhalinin rahat, gəlirlərinin artırılmasında mühüm rol oynaya bilər. Çünki, zəfəran xarakterik bitkidir, əl əməyi tələb edir. Dünya ölkələrində də zəfəran təsərrüfatları yüksək səviyyədə mexanikləşdirilməyib. Yarım kq zəfəran əldə etmək üçün 120 min çiçək dərilməlidir ki, bu böyük sayda işçi qüvvəsi tələb edir. Zəfəran “yerim yoxdur, harada əkim?” sualına da uğurla cavab verir, elə bir bitkidir ki, 1 sot, 2 sot həyatyanı sahədə əkmək mümkündür, aqrotexnikası asandır, iqlim amillərinə dözümlüdür.

Ən əsası, bu məhsula təlabat yüksəkdir. Emalı qurularaq dəyəri daha da artırıla bilər. Bu bitkidən xarici ölkələrdə çoxsaylı dərman pereparatlarının hazırlanmasında, şirniyyat sənayesində, yeməklərin hazırlanmasında istifadə olunur. Zəfərandan əldə olunan bal isə xarici valyuta gətirəcək məhsul ola bilər. Zəfəranın iqtisadi əhəmiyyətini qiymətləndirib əkən ölkələr İran, İspaniya, Çin, Hindistan (Kəşmir bölgəsi), Yunanıstan, Mərakeş, Nepal, Avstraliya, Yeni Zellandiya, Misir, Meksika və İtaliyadır. Qonşumuz İran istehsal həcminə görə dünyada liderdir: 90 min hektar, illik 300 ton. Dünya üzrə istehsal olunan zəfəranın 95%-ni bu ölkə verir. İranın Zəfəran İhracatçıları Birliyinin rəhbəri Qolamreza Miri bildirib ki, 53 ölkəyə ixracı həyata keçirilir. Xorasan və Kerman əyalətləri daha çox zəfəran istehsalı ilə məşğuldur. İxracın 85 %-i BƏƏ, İspaniya, Səudiyyə Ərəbistanı, Sinqapura edilir. Sonrakı yerləri 3200 hektar, 12,5 ton istehsal həcmi ilə Kəşmir, 1750 hektar, 7 ton istehsalla Yunanistan gəlir. Zəfəranın illik ticarət dövriyyəsi 1,5 milyard dollar təşkil edir. Hələlik, Azərbaycan əhalisinin zəfərana olan təlabatı tamamilə İran hesabına təmin edilir. Bazarlarımızda zəfəran adı ilə satılan məhsulların çoxunun saxta, kimyəvi rənggətirici vasitələrdən istifadə edilməklə istehsal olunması hamıya aydındır. Odur ki, bu sahənin dirçəldilməsi üçün təcili tədbirlər görülməli, öz zəfəranımızın qoxusuna öyrəşməliyik. Bu sahəni dirçətmək üçün:

1) Toxumçuluğunun təşkili;

2) Stimullaşdırıcı addımların atılması; (subsidiyaların verilməsi, tədarükünün təşkili və s)

3) Emal sənayesinin qurulması çox vacibdir.

Müəllif: "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri Nicat Nəsirl

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256