SƏNAYE

“Şahdəniz”dən bu vaxtadək 97 milyard kubmetr təbii qaz çıxarılıb
21 NOYABR 2018
172

“Şahdəniz”dən bu vaxtadək 97 milyard kubmetr təbii qaz çıxarılıb

2018-11-21 15:11:00

İndiyədək Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından 97 milyard kubmetr təbii qaz hasil edilib.

Fins.az xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb. Bildirilir ki, “Şahdəniz”dən hasilat başlanandan bəri ümumi hasilat qaz üçün 97 milyard standart kubmetrə və kondensat üçün 24 milyon tona çatıb.

Qeyd edək ki, cari ilin doqquz ayında “Şahdəniz” üzrə fəaliyyətlərə 418 milyon dollardan çox əməliyyat və təqribən 1,14 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir. Üç rübdə “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə), Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırması davam edib.

Yanvar-sentyabr aylarında yataqdan 8 milyard standart kubmetr qaz və 1,8 milyon ton (təqribən 14,3 milyon barrel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündəlik 43 milyon (ildə təqribən 16 milyard) standart kubmetrdir.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), TPAO (19 faiz), AzŞD (10 faiz), Cənub Qaz Dəhlizi Apstrim (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz).

 ©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266