SƏNAYE

Təsərrüfat sahiblərinə "Fermer Kartı" verildi - FOTO
21 NOYABR
154

Təsərrüfat sahiblərinə "Fermer Kartı" verildi - FOTO

2018-11-21 10:57:00

Dövlət Aqrar Ticarət Şirkəti yeni layihəyə start verib

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin əsas fəaliyyəti ölkə əhalisini keyfiyyətli və sağlam kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün kiçik və orta fermer təsərrüfat sahiblərinin məhsullarının satışını təşkil etmək, bununla da kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafına nail olmaq, onların sosial rifahhalını yaxşılaşdırmağa yönəlib.

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün müasir metodlardan istifadə edən və innovativ təşəbbüslərlə çıxış edən Dövlət Aqrar Ticarət Şirkəti daha bir yeniliyə imza atıb.

Dövlət Aqrar Ticarət Şirkətinin təşəbbüsü  və “KapitalBank”ın dəstəyi ilə kənd təsərrüfatı məhsulları istehsalçısı olan kiçik və orta fermer təsərrüfatı sahiblərinə yetişdirdikləri məhsulların dəyəri nağd şəkildə deyil, “Fermer kartı” vasitəsilə ödəniləcək. Kartdan vəsait çıxarılan zaman fermerlərdən hər hansı xidmət haqqı tutulmayacaq.

Kart vasitəsilə hər bir fermerəidentifikasiya kodu veriləcək, alqı-satqı prosesininqeydiyyatı aparılacaq. Bununda nəticəsində fermerlərləəməkdaşlıqda şəffaflıq təminolunacaq.

Kartdan istifadə fermerlərə ödəniləcək vəsaitin dərhal onlara çatmasına imkan verəcək, eyni zamanda bölgələrdə nağdsız ödənişləri stimullaşdıracaq.

Tərəfdaş bankın bölgələrdəATM sayının çox olması fermerlərin əlavəvaxt itkisinin qarşısını alacaq. Fermerlər həmçinin, kartdövriyyəsinigöstərməklə bank və kredit təşkilatlarının digər xidmətlərindəndə rahatlıqla istifadə edə biləcək.

“Fermer kartı”nın ilkin olaraq, “Kənddən Şəhərə” mağazasına təchizatçı qismində üzv olan fermervə sahibkarlara verilməsi nəzərdə tutulub. İlk kartlar Dövlət Aqrar Ticarət Şirkətinin əməkdaşlıq etdiyi Quba rayonu Zərdabi kənd sakini Tahir Cəfərov və Xaçmaz rayonu Yergüc kənd sakini Aydın Əspəndiyevə təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255