SƏNAYE

Azərbaycan və Belarus Türkiyədə birgə zavod açacaq
19 NOYABR
119

Azərbaycan və Belarus Türkiyədə birgə zavod açacaq

2018-11-19 11:01:00

Azərbaycan və Belarus Türkiyədə birgə traktor zavodu açacaq. Bu barədə Minskdə iki ölkənin hökumətlərarası iclasında məlumat verilib.

Fins.az-ın məlumatına görə, zavodun tikintisi artıq başa çatdırılıb. Görüş iştirakçıları qeyd ediblər ki, ilk traktorlar bu ilin birinci rübündə yığılacaq. Ümumilikdə, 2018-ci ilin yekununa görə, iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artaraq 160 milyon dollardan çox təşkil edib. Bu barədə Oxu.Az “Mir24” telekanalına istinadən xəbər verir. 

“Biz digər sahələrdə də əməkdaşlığı genişləndirməliyik. Sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət veririk”, - deyə Belarus Respublikasının baş nazirinin müavini Mixail Rusıy bildirib. İclasda qeyd edilib ki, Belarus bu il Azərbaycana 300 traktor və 30 kombayn göndərəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256