SƏNAYE

Diri çəkidə ət istehsalı 417,7 min tona çatıb
19 NOYABR
79

Diri çəkidə ət istehsalı 417,7 min tona çatıb

2018-11-19 09:56:00

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 417,7 min ton, süd istehsalı 2,2 faiz artaraq 1720,1 min ton, yumurta istehsalı 2,1 faiz azalaraq 1416,5 milyon ədəd və yun istehsalı 1,0 faiz azalaraq 15,7 min ton olub.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 5,0 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, bitkiçilik məhsullarının istehsalı isə 7,4 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256