SƏNAYE

Kənd təsərrüfatında istehsal 5% artıb
19 NOYABR 2018
118

Kənd təsərrüfatında istehsal 5% artıb

2018-11-19 09:30:00

Bu il kənd təsərrüfatının ümumi məhsul istehsalı artıb.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsul istehsalı 5%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6%, bitkiçilik məhsullarının istehsalı isə 7,4% artıb.

Bundan başqa, qeyd edilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında diri çəkidə ət istehsalı 3,1% artaraq 417,7 min ton, süd istehsalı 2,2% artaraq 1 720,1 min ton, yumurta istehsalı 2,1% azalaraq 1 416,5 milyon ədəd və yun istehsalı 1% azalaraq 15,7 min ton olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256