SƏNAYE

Aqroparkların yaradılması üçün 1,4 milyard manatdan çox investisiya yatırılacaq
16 NOYABR
311

Aqroparkların yaradılması üçün 1,4 milyard manatdan çox investisiya yatırılacaq

2018-11-16 10:59:00

İqtisadiyyatın, xüsusilə qeyri-nef sektorunun şaxələndirilməsi konsepsiyasında kənd təsərrüfatı əhəmiyyətli yer tutur. 

Fins.az xəbər verir ki, cari ilin 9 ayının nəticələrinə görə, kənd təsərrüfatında məhsul istehsalı 4,3 faiz artıb. Bu, qeyri-neft sektoru üzrə  ən böyük inkişaf göstəricisidir. Hazırda 30 rayonda 192 min hektar ərazidə 45 aqropark və iri fermer təsərrüfatlarının yaradılması layihəsi üzrə işlər davam edir. Bu aqroparkların yaradılması üçün 1,4 milyard manatdan çox investisiya yatırılacaq. Dövlət aqroparkların yaradılması üçün sahibkarlara davamlı dəstək verir. İndiyədək dövlət vəsaiti hesabına aqroparklarda infrastrukturun yaradılmasına ümumilikdə 219 milyon manat investisiya yatırılıb, 469 milyon manatdan çox güzəştli kredit ayrılıb, 15 aqropark üzrə dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. İlin sonunadək daha 13 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulub. (Aztv) 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256