SƏNAYE

“AzerGold” QSC qızıl hasilatını artırıb
14 NOYABR 2018
171

“AzerGold” QSC qızıl hasilatını artırıb

2018-11-14 11:26:00

“AzerGold” QSC tərəfindən əməliyyat proseslərində optimallaşdırma tədbirləri sayəsində qızıl hasilatında əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2018-ci ilin ilk on ayı ərzində hasilat ötən ilki göstəriciləri üstələyərək 36 632 unsiya təşkil edib. Ümumilikdə 2018-ci il üzrə “AzerGold” QSC 45 min unsiya qızıl hasil etməyi planlaşdırır ki, bu da ötən ilin analoji göstəricilərindən 33% çoxdur.Hazırda hasilat işləri plana uyğun davam etdirilir.

Fins.az xəbər verir ki, istismar olunan mədənlərin ehtiyatlarının artırılması və yeni yataqların istismara cəlb edilməsi məqsədi ilə genişmiqyaslı geoloji-kəşfiyyat işləri həyata keçirilir. 

Bu il Daşkəsən rayonunda yərləşən Çovdar yatağının sulfid filizlərinin ehtiyatlarını artırmaq məqsədi ilə ümumi dərinliyi 6 min metr təşkil edən 32 kəşfiyyat quyusunun qazılması tamamlanıb.Kəşfiyyat işləri çərçivəsində toplanmış məlumatlarbeynəlxalq məsləhətçi şirkət olan “Micon International” tərəfindən layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasındaistifadə olunacaq.

“AzerGold” QSC-nin geoloqları tərəfindən bu il aşkarlanan Ağyoxuş potensial perspektivli məxsusi qızıl sahəsindən alınmış müsbət nəticələr əsasında iyun ayından etibarən yoxlama–qiymətləndirmə xarakterli buruq-qazma işlərinə başlanılıb.

Çovdar yatağının uzaq cinahları olan Narçala-Ağyoxuş ərazisində hazırda geofizikiişlər aparılır. Göy-göl rayonunun Kəpəz sahəsində yerüstü geofiziki tədqiqatlar növbəti ildə icra ediləcək.

Qızıla perspektivli Göygöl rayonu ərazisində yerləşən Tülallar sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə buruq-qazma işlərinin başlanması üçün müqavilə imzalanıb və artıq buruq-qazmaişləri aparılır.

Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa perspektivli mis-qızıl filizi sahəsində də iyul ayından etibarən intensiv buruq-qazma işləri aparılır.

Balakən rayonu ərazisində yerləşən və əlvan metal ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət olan “SRK Consulting” tərəfindən cari ilin sonunahazır ediləcək. Hazırda Balakən rayonu ərazisində yerləşən satelit Mazımçay, Katsdağ və digər yataqların Filizçay layihəsi çərçivəsində birgə işlənməsi perspektivləri nəzərdən keçirilir.

İstismarına başlanılacaq yeni yataqların hesabına hasilatın yaxın illərdə əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır. İlkin hesablamalara əsasən təkcə Filizçay və Çovdar yatağının oksid və sulfid fazalarınınistismarından ölkə iqtisadiyyatı 10 milyard manatdanartıq gəlir əldə edəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256