SƏNAYE

Qlobal enerji tələbatı 2040-cı ilədək 17,7 milyard ton neft ekvivalentinə çatacaq
14 NOYABR
97

Qlobal enerji tələbatı 2040-cı ilədək 17,7 milyard ton neft ekvivalentinə çatacaq

2018-11-14 09:39:00

Qlobal enerji tələbatının 2040-cı ilə qədər 26,7 faiz artaraq 17 milyard 715 milyon ton neft ekvivalentinə çatacağı gözlənilir.

Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “World Energy Outlook 2018” hesabatında deyilir.

Hesabata görə, keçən il qlobal enerji tələbatı 13 milyard 972 milyon ton neft ekvivalenti olub. 2040-cı ilədək enerji tələbatı 8 milyard 201 milyon ton neft ekvivalenti olmaqla ən çox Çinin də yer aldığı Asiya-Sakit okean regionunda artacaq. Şimali Amerikada isə tələbat 2 milyard 693 milyon ton neft ekvivalenti çoxalacaq.

2040-cı ilə qədər Avropada enerji tələbatı 256 milyon ton neft ekvivalenti azalacaq. Bu azalmaya baxmayaraq, Avropa Asiya-Sakit okean regionu və Şimali Amerikadan sonra 1 milyard 752 milyon ton neft ekvivalenti olmaqla enerji tələbatı ən böyük üçüncü bölgə olacaq. Avropadan sonra təqribən 1 milyard 299 milyon ton neft ekvivalenti tələbatla Afrika dördüncü və 1 milyard 200 milyon tonla Yaxın Şərq regionu isə beşinci yerdə qərarlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255