SƏNAYE

Ağdam taxılçıları bu günədək 6166 hektarda səpin aparıblar
14 NOYABR 2018
113

Ağdam taxılçıları bu günədək 6166 hektarda səpin aparıblar

2018-11-14 09:23:00

Ağdam rayonunun təsərrüfatlarında payız-tarla işləri davam etdirilir. Rayonun taxılçıları gələn ilin məhsulunun əsasını qoyurlar.

Rayon Statistika İdarəsindən Fins.az-a bildiriblər ki, bu günədək 15 min 133 hektar sahədə payızlıq şum qaldırılıb. 6166 hektarda payızlıq dənlilər səpilib ki, onun da 5355 hektarı buğda, 811 hektarı dən üçün arpadır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə payızlıq dənlilərin səpini 18,9 faiz, o cümlədən buğda səpini 19,1 faiz, arpa səpini 17,4 faiz çoxdur.

Kənd əməkçiləri payız səpinini vaxtında başa çatdırmaq üçün səylə çalışırlar. Səpin işlərinin aparılması üçün rayonda lazımi qədər kənd təsərrüfat texnikası və toxum ehtiyatı mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256