SƏNAYE

Fermerlər hansı vergilərdən azaddır?
13 NOYABR
247

Fermerlər hansı vergilərdən azaddır?

2018-11-13 12:40:00

"Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri Nicat Nəsirli fermerlərin hansı vergilərdən azad olunması haqqında məlumat verib. 

Fins.az siyahını təqdim edir: 

Ölkəmizdə kənd təsərrüfatı istehsalçıları 2019-cu ilin 1 yanvar tarixinə qədər:
1. Mənfəət vergisindən;
2. Gəlir vergisindən;
3. Əlavə dəyər vergisindən;
4. Əmlak vergisindən azaddır. 
Ölkə daxilində satışı ƏDV-dən azaddır:
1. Damazlıq heyvanların idxalı və satışı;
2. Toxum və tinglərin idxalı və satışı;
3. Mineral gübrələrin, pestisidlərin idxalı və satışı;
4. Toxumların yetişdirilməsi;
5. Quşçuluq və arıçılıq üçün avadanlıqlar;
6. Laboratoriya avadanlıqları;
7. Taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı;
8. Heyvanların, quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatları;
9. Suvarma və digər qurğuların, maşınların, avadanlıqların, texnikaların idxalı və satışı.
Kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şəxslər üçün investisiya təşviqi sənədinin üstünlükləri:
1. ƏDV-dən, əmlak, torpaq vergilərindən, o cümlədən həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 %-i məbləğində gəlir və mənfəət vergilərindən 7 il müddətinə azaddır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256