SƏNAYE

Hacıqabulda qısa müddətdə 14 min hektardan çox sahəyə taxıl səpilib
12 NOYABR
92

Hacıqabulda qısa müddətdə 14 min hektardan çox sahəyə taxıl səpilib

2018-11-12 16:11:00

Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, taxılçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiyaların verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını daha da artırıb. Bunun nəticəsində də rayonda taxıl istehsalı ilbəil çoxalır, məhsuldarlıq yüksəlir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, əkinçilər cari ildə 41 min 500 hektar sahədə biçin aparıb və sahələrdən, ümumilikdə, 107 min 500 ton taxıl yığıblar. Hər hektarın məhsuldarlığı 23 sentner olub.

Növbəti təsərrüfat ilində daha yüksək məhsuldarlığa nail olmaq üçün rayonda səpin kampaniyasına ciddi hazırlıq işləri görülüb. Bu məqsədlə 19 min 500 hektarda keyfiyyətli şum aparılıb, sahələrə kifayət qədər gübrə verilib. Fermerlər yüksək reproduksiyalı məhsuldar toxum sortları ilə təmin edilib. Səpin kampaniyasının optimal müddətdə başa çatdırılması üçün lazım olan müxtəlif maşın-mexanizm, səpin aqreqatları sahibkarların ixtiyarına verilib. Məhsul istehsalçıları yaradılan şəraitdən bəhrələnərək qısa müddətdə 14 min 246 hektar sahədə səpin aparıblar ki, bunun da 8 min 499 hektarı buğda, 5 min 140 hektarını isə arpa sahələri təşkil edir. İşin yaxşı təşkili nəticəsində əkinçilər hər gün 450-500 hektar sahəyə toxum səpirlər.

Taxılçılar səpini qısa müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256