SƏNAYE

Qobustanda 31 min hektarda payızlıq taxıl əkiləcək
12 NOYABR
117

Qobustanda 31 min hektarda payızlıq taxıl əkiləcək

2018-11-12 16:10:00

Taxılçılıq Qobustan rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir və hazırda yerli sakinlər payız qayğılarını yaşayırlar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildirilib ki, artıq rayonda 24 min 250 hektarda taxıl səpini aparılıb. Bundan 18 min 800 hektarı buğda, 5 min 450 hektarı isə arpadır. Əkin üçün sahələrə hər gün 120-dək texnika, o cümlədən 50 səpin aqreqatı çıxarılır. Rayonun əksər ərazilərində, xüsusilə taxılçılıqla daha çox məşğul olan Xilmilli, Təklə, Sündü, Cəyirli, Ərəbşalbaş və bir sıra digər ərazi vahidlərində bu mühüm kampaniya daha mütəşəkkil davam etdirilir.

Cari mövsümdə rayonda 31 min hektarda payızlıq taxıl əkini nəzərdə tutulub. Artıq 26 min 218 hektarda şum aparılıb, sahələr əkinə hazırlanıb. Digər ərazilərdə şum işləri sürətlə aparılır.

Qeyd edək ki, son günlər yağan yağışlar taxılçıları daha da ruhlandırıb. Onlar bu yağışların erkən əkilən və artıq çıxış alınan 15 min hektar taxıl sahəsi, habelə səpin aparılacaq ərazilər üçün faydalı olduğunu söyləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256