SƏNAYE

Sement və kərpicin idxal gömrük rüsumları 1 il – QÜVVƏDƏ SAXLANDI
08 NOYABR
134

Sement və kərpicin idxal gömrük rüsumları 1 il – QÜVVƏDƏ SAXLANDI

2018-11-08 08:54:00
Azərbaycanda idxal edilən süni boyanmış və ya boyanmamış ağ sementə 15 faiz idxal gömrük rüsumu tətbiq ediləcək.Fins.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Bu il noyabrın 1-ə qədər süni boyanmış və ya boyanmamış ağ sementin 1 kiloqramı üçün 0,07 dollar idxal gömrük rüsumu alınıb.
 
İdxal edilən bentonitin 1 kiloqramına tətbiq edilən 0,3 dollar, gipsin (anhidrit), sement klinkerlərin, giltorpaqlı sementin və hidravlik sementin, 1 kiloqramına tətbiq edilən 0,07 dollar gömrük rüsumunun bu il noyabrın 1-də bitən müddəti də  2019-cu il dekabrın 15-dək uzadılıb. 

Eləcə də bax:Azərbaycan ilə Bolqarıstan arasında ƏMƏKDAŞLIQ
 
Gipsdən və ya onun əsasında qarışıqlardan məmulatlar 1 kvadratmetrinə tətbiq edilən 0,4 dollar, inşaat blokları və kərpiclərin, Kərpic, bloklar, lövhəciklər və silisli daş unundan (məsələn, kizelqurdan, tripolitdən və ya diatomitdən) və ya analoji silisli süxurlarından digər keramika məmulatlarının, silisli daş unundan və ya analoji silisli süxurlarından məmulatlardan başqa, odadavamlı kərpiclər, bloklar, lövhəciklər və analoji odadavamlı keramik tikinti materiallarının,  1 kiloqramına tətbiq edilən 0,04 dollar idxal gömrüuk rüsumunun müddəti də anoloji qaydada gələn il dekabrın 15-dək uzadılıb. O cümlədən gələn il dekabrın 15-dək inşaat kərpiclərinin 1000 ədədi üçün 15 dollar alınmağa davam ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258