SƏNAYE

AÇG və Şahdəniz üzrə gəlirlər açıqlanıb
07 NOYABR
116

AÇG və Şahdəniz üzrə gəlirlər açıqlanıb

2018-11-07 12:08:00

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 8,296 mlrd. dollar daxil olub.

Bu barədə Fins.az-a ARDNF-dən məlumat verilib. Bu məbləğin 181 mln. dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb. 2001-ci ildən bu il noyabrın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 136,782 mlrd. dollar gəlir əldə olunub. Fond 2007-ci ildən “Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından isə 2,506 mlrd. dollar əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254