SƏNAYE

Şimal bölgəsinin bazarlarında fındıq son illər ərzində ən yüksək qiymətə satılır
06 NOYABR
158

Şimal bölgəsinin bazarlarında fındıq son illər ərzində ən yüksək qiymətə satılır

2018-11-06 16:56:00

Bu mövsüm fındığın məhsuldarlığı və satış qiyməti torpaq mülkiyyətçilərini razı salır.

Fins.az xəbər verir ki, hazırda şimal bölgəsinin bazarlarında fındıq son illər ərzində ən yüksək qiymətə satılır. Ötən mövsümdə təsərrüfatçılar istehsal etdikləri fınqığı qəbul məntəqələrinə maksimum 3 manat 80 qəpiyi sata bilirdilərsə, hazırda qiymət 4 manat 30 qəpiyədək artıb. Qəbul məntəqələrindən bildirirlər ki, fındığın qiyməti mart ayına kimi daha da yüksələ bilər. Bu barədə Azərtac yazıb. 

Xaçmaz rayonunda 10-a yaxın fındıq emalı müəssisəsi və qəbul məntəqələri fəaliyyət göstərir. Bura şimal bölgəsi ilə yanaşı, respublikamızın digər regionlarından da məhsul gətirilərək təhvil verilir. Rayonda istehsal olunan fındıq yerli bazarlarla yanaşı, Rusiya, Türkiyə və digər xarici ölkələrə ixrac olunur.

Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri sayılır. Rayon bağlarından hər il 6 min tona yaxın fındıq istehsal edilir. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindəndir.

Prezident İlham Əliyevin ölkəyə daha çox valyuta gətirən məhsulların yetişdirilməsinə üstünlük verilməsi ilə bağlı göstərişlərinə əsasən, Xaçmazda son üç ildə 3 min 649 hektar yeni fındıq bağları salınıb. Bununla da rayondakı fındıq bağlarının ümumi sahəsi 8 min 300 hektara çatıb.

Xaçmaz respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biridir. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması planlaşdırılır ki, bunun da 5 min 16 hektarı Xaçmaz rayonunun payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258