SƏNAYE

Neftçalada qısa müddətdə 22 min 497 hektar sahədə taxıl əkilib
06 NOYABR
89

Neftçalada qısa müddətdə 22 min 497 hektar sahədə taxıl əkilib

2018-11-06 14:14:00

Neftçalada gələn ilin məhsulu üçün payızlıq taxıl səpini davam edir. Cari ildə zəmilərdən 121 min 316 ton taxıl yığan əkinçilər növbəti təsərrüfat ilində bu göstəricini daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar.

Rayon Statistika İdarəsindən Fins.az-a bildiriblər ki, bu məqsədlə 40 min 116 hektar sahədə keyfiyyətli şum aparılıb, sahələrə gübrələr verilib. Fermerlər yüksək reproduksiyalı toxum sortları ilə təmin olunublar.

Səpin kampaniyasının vaxtında başa çatdırılması üçün sahələrə kifayət qədər səpin aqreqatları, müxtəlif növ maşın və mexanizmlər çıxarılıb. Əkinə mütəşəkkil başlayan fermerlə qısa müddətdə 22 min 497 hektar sahəyə toxum səpiblər ki, bunun da 20 min 869 hektarını arpa, 1628 hektarını buğda təşkil edir. Əkinçilər hər gün 350-400 hektar sahədə səpin aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9368
  • ₽ RUB
    0.0259