SƏNAYE

Türkiyənin fındıq ixracından gəliri azalıb
05 NOYABR
60

Türkiyənin fındıq ixracından gəliri azalıb

2018-11-05 13:09:00

Bu ilin sentyabr-oktyabr aylarında Türkiyə, təxminən, 58 min ton fındıq ləpəsi ixrac edib.

Türkiyə mətbuatı xəbər verir ki, məhsulun hər tonu, təxminən, 5 400 ABŞ dollarına realizə edilib.

Son nəticədə ölkə 2 ay ərzində fındıq ixracından, təxminən, 315 mln. dollar gəlir əldə edib.

Türkiyə istehsalı olan fındığın 45 min tonunu Avropa İttifaqı (Aİ) ölkələri, 4 min tonunu Aİ-yə daxil olmayan qitə ölkələri, 9 min tonunu isə digər ölkələr idxal edib.

Xatırladaq ki, ötən ilin eyni dövründə qonşu ölkə 65 min ton fındıq ləpəsi ixrac edərək 426,5 mln. dollar gəlir əldə etmişdi. 

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250