SƏNAYE

Ağcabədi taxılçıları bu günədək 3800 hektar sahədə səpin aparıblar
02 NOYABR
86

Ağcabədi taxılçıları bu günədək 3800 hektar sahədə səpin aparıblar

2018-11-02 16:11:00

Ağcabədi rayonunun təsərrüfatlarında payız-tarla işləri davam etdirilir. Rayonun taxılçıları gələn ilin məhsulunun əsasını qoyurlar.

Fins.az-ın məlumatına görə, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Əlizamin Abdullayev Azərtac-ın bölgə müxbirinə bildirib ki, bu günədək rayon üzrə 30 min 215 hektar sahədə payızlıq şum qaldırılıb. 1360 hektarda buğda, 500 hektara yaxın sahədə dən üçün arpa, 1946 hektarda yaşıl yem üçün xəsil arpa səpilib. Torpaq mülkiyyətçiləri taxıl səpinini optimal müddətdə başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb olunub.

Qeyd edək ki, Ağcabədi rayonunda ötən ilin payızında səpilmiş 25 min 211 hektar buğda və 4551 hektar arpa sahələrindən 106 min 959 ton taxıl əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250