SƏNAYE

Sabirabadda sahələrdən gün ərzində 200 tondan çox pambıq toplanılır
02 NOYABR
111

Sabirabadda sahələrdən gün ərzində 200 tondan çox pambıq toplanılır

2018-11-02 15:59:00

Sabirabadlı fermerlər hər gün pambıq plantasiyalarından 200 tondan çox məhsul toplayaraq qəbul məntəqələrinə göndərirlər. Məhsulun 100-105 tonu maşınların köməyi ilə toplanılır. Pambıqçıların gərgin əməyi nəticəsində indiyədək sahələrdən 14 min 281 ton pambıq yığılıb.

Fins.az xəbər verir ki, sabirabadlı pambıqçılar bu il 13 min 55 hektar sahədə pambıq yetişdiriblər. Ötən il 18 min tondan çox məhsul istehsal edən torpaq mülkiyyətçiləri bu il də sahələrdə bol məhsul becəriblər. Dövlətin aqrar sektorun, xüsusilə pambıqçılığın inkişafına göstərdiyi dəstək sahibkarların bu ənənəvi sahəyə marağını daha da artırıb. İndi rayonda yüzlərlə fermer pambıq istehsalı ilə məşğul olur və yetişdirdikləri məhsulun son qozasınadək toplamaq üçün bütün qüvvələrini sərf edirlər.

Yığım kampaniyası rayonun Moranlı, Şəhriyar, Qaratəpə və Yolçubəyli inzibati ərazi dairələri üzrə nümayəndəliklərində daha nümunəvi təşkil olunub. Nümayəndəliklərdə fəaliyyət göstərən məhsul istehsalçıları becərdikləri sahələrin hər hektarından 25-35 sentner məhsul götürürlər.

Qeyd edək ki, sabirabadlı pambıqçılar ötən il sahələrdən 18 min 169 ton pambıq toplayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255