SƏNAYE

Bu gün Azərbaycanda kənd təsərrüfatı işçilərinin peşə bayramıdır
01 NOYABR
106

Bu gün Azərbaycanda kənd təsərrüfatı işçilərinin peşə bayramıdır

2018-11-01 14:36:00

Prezident İlham Əliyev 9 oktyabr 2008-ci il tarixində imzaladığı sərəncama əsasən Bu gün Azərbaycanda kənd təsərrüfatı işçiləri peşə bayramlarını qeyd edir.

Fins.az xəbər verir ki, Sərəncama əsasən, noyabrın 1-i Azərbaycanda "Kənd Təsərrüfatı İşçiləri Günü" elan edilib. 

Hazırda ölkənin iqtisadi baxımdan fəal əhalisinin 36%-i aqrar sahədə çalışır. Bu sahəyə cavabdeh dövlət qurumu - Kənd Təsərrüfatı Nazirliyi 1992-ci ildə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi adı ilə yaradılıb, 1993-cü ildə isə onun adı dəyişdirilib. 

2015-ci ildə Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunub və 5 istiqamətdə 50-dən çox tədbir reallaşdırılıb. Hazırda ölkədə XXI əsrin biznes texnologiyası sayılan aqroparklar yaradılır. Ölkədə 30 rayon üzrə 192 min hektar ərazidə, ümumi dəyəri 1,4 mlrd. manatdan çox olan 45 aqroparkın və iri fermer təsərrüfatlarının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Aqroparkların təşkili üçün dövlət vəsaiti hesabına infrastrukturun yaradılmasına ümumilikdə 219 mln. manat investisiya qoyulub. İndiyə qədər investisiya dəyəri 469 mln. manatdan çox 17 aqroparkın yaradılmasına 111 mln. manat güzəştli kredit ayrılıb. 15 aqropark üzrə dəyəri 564 mln. manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. 

 Eləcə də bax:SOCAR: Ümumi işlərin 99,9%-i tamamlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258