SƏNAYE

Saatlıda 25 min tona yaxın məhsul yığılıb
31 OKTYABR
91

Saatlıda 25 min tona yaxın məhsul yığılıb

2018-10-31 14:41:00

Saatlıda pambıq plantasiyalarından bu günə kimi 24 min 698 ton məhsul yığılıb. Ötən il pambıq əkini ilə məşğul olan rayonlar arasında ən çox məhsul tədarük edən saatlılı fermerlər bu mövsüm də öndə gedirlər. Pambıqçılar hər gün sahələrdən 380-400 ton “ağ qızıl” toplayaraq tədarük məntəqələrinə göndərirlər. İndiyədək yığılan məhsulun 80 faizindən çoxu maşınların köməyi ilə toplanıb. Hazırda tarlalarda 41 ən müasir pambıqyığan kombayn işləyir və bu maşınların köməyi ilə gün ərzində 320-330 ton məhsul yığılır.

Rayon statistika idarəsindən Fins.az-a bildiriblər ki, bu il rayonda 15 min 815 hektar sahədə pambıq əkilib. Bunun da 350 hektarı Qaraqlı kənd inzibati ərazi dairəsinin payına düşür. Kənddə fəaliyyət göstərən sahibkarlar becərdikləri 350 hektar sahədən indiyədək 750 tondan çox məhsul tədarük ediblər. Hər hektarın məhsuldarlığı 25-30 sentner təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257