SƏNAYE

Qəbələdə bu günədək 7 min 800 hektar sahəyə taxıl səpilib
31 OKTYABR
74

Qəbələdə bu günədək 7 min 800 hektar sahəyə taxıl səpilib

2018-10-31 10:42:00

Qəbələ rayonunun təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün 20 min 100 hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.

Hazırda təsərrüfatlarda taxıl səpini mütəşəkkil qaydada davam etdirilir. Fermerlər bu günədək 4 min hektar sahəyə arpa, 3 min 800 hektara isə buğda səpiblər.

Bu barədə Fins.az-a Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Qurumdan bildiriblər ki, payızlıq dənlilərin səpini üçün indiyədək 19 min 200 hektar sahədə şum aparılıb və bu iş davam etdirilir. Səpin üçün 4 min ton toxum fondu ayrılıb. Taxıl səpininə 65 ədəd şum traktoru, 35 ədəd taxılsəpən aqreqat və digər texnika cəlb olunub. Fermerlər payız səpinini noyabrın sonunadək başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər. Xatırladaq ki, qəbələli fermerlər builki mövsümdə 20 min 100 hektar taxıl sahəsindən 64 min 464 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 32,2 sentner məhsul götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258