SƏNAYE

Çinin enerji nəhəngi 9 ayda xalis mənfəəti 7 milyard dollar olub
31 OKTYABR
95

Çinin enerji nəhəngi 9 ayda xalis mənfəəti 7 milyard dollar olub

2018-10-31 09:48:00

Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, Çinin enerji nəhəngi “PetroChina” şirkətinin xalis mənfəəti 48,124 mlrd. yuan və ya 6,9 mlrd. ABŞ dolları təşkil edib.

Fins.az bildirir ki, bu, ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 2,7 dəfə çoxdur.

Bu ilin 9 ayında “PetroChina”nın gəlirləri 1,709 trln. yuan və ya  245,7 mlrd. dollar olub ki, bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 17% çoxdur. Bu barədə “Report” şirkətin hesabatına istinadən məlumat verib.  

Şirkətin bu ilin 9 ayında neft hasilatı illik nisbətdə 0,5% artaraq 663,3 mln. barel olub. Şirkətin qaz hasilatı ilə 2,662 mlrd. kubmetr olub ki, bu da illik göstərici ilə müqayisədə 4,8% çoxdur.

2018-ci ilin üçüncü rübünün nəticələrinə görə, şirkətin səhmdarlarının payına düşən xalis mənfəət 21,036 mlrd. yuan və ya 3,02 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki ilin göstəricisindən 4,5 dəfə üstündür.

Bu ilin III rübündə “PetroChina” şirkətinin gəlirləri 601,111 mlrd. yuan və ya 86,42 mlrd. dollar olub ki, bu da daha əvvəlki ilin III rübünün göstəricisindən 24,7% çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258