SƏNAYE

"AĞDAĞ" müasir Gips zavodu xalqımızın sağlam mühitlə təmin olunmasına xidmət edir
30 OKTYABR
170

"AĞDAĞ" müasir Gips zavodu xalqımızın sağlam mühitlə təmin olunmasına xidmət edir

2018-10-30 17:44:00

Son illərdə ölkəmizin inkişafında artım dinamikası getdikcə yüksəlməkdədir. Və bu ölkədə aparılan islahatların uğurluluğundan xəbər verir.

Fins.az xəbər verir ki, Azərbaycanda müşahidə olunan artım xalqımızın işıqlı gələcəyə doğru addımladığını təsdiq edir və bu bizim hər birimizi ruhlandıran əsas faktorlardan biri hesab oluna bilər. Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün sahələrdə çox mühüm irəliləyişlər baş vermişdir. Bu irəliləyiş özünü müxtəlif sahələrdə göstərməklə yanaşı bizim sahəyə də nüfuz etmişdir. Yüksək qayğı və artımı öz üzərmizdə hissedərək, sektorumuzda daha da irəliləməklə yanaşı qabaqcıl yerlərdən birinə sahib olmaq bizim əsas hədəflərimizdən birinə çevrilmişdir. Fəaliyyət dairəmizi daha da genişlənidrmək məqsədilə "AĞDAĞ" müasir Gip Zavodunun tikilib istifadəyə verilməsi də məhz bu istəyimizdən doğan fəaliyyətin nəticəsi kimi qiymətləndirilə bilər. Çox böyük istehsal gücünə malik olan "AĞDAĞ" müasir Gips zavodu xalqımızın sağlam mühitlə təmin olunmasına xidmət edən "AĞDAĞ" məhsulunu istehsal edir və zavodun istehsal gücünün qarşıdakı illərdə daha da artırılması gələcək planlarımızın əsas spektrini təşkil edir. Ömrümüzün 90%-ni evlərdə və digər qapalı məkanlarda keçirdiyimizə görə, təmir zamanı bu məkanların divarlarının, tavanlarının sağlamlığımıza necə təsir edəcəyini unutmamalıyıq. Uzun müddətdir ki, ölkəmizdə daxili məkanların təmir işlərində sağlamlığa faydalı olmayan bir vərdiş yaranıb. Çoxları evlərinin və digər məkanların içini qara suvaq ilə suvamaq kimi köhnə bir vərdişə alışıblar. Əslində, qara suvaq ilə suvanmış evlər rütubətli və müxtəlif xəstəliklərə münbit şərait yaradan, sağlamlığa faydalı olmayan bir məkan hesab olunur. Təsadüfi deyil ki, bütün Avropa ölkələri, Almaniya, Türkiyə və digər inkişaf etmiş ölkələrdə çoxdandır ki, bu təmir metodunu qadağan edən çoxsaylı qanunlar da qəbul edilib.

Bəs özümüzün, ailəmizin və bütövlükdə hamımızın sağlamlığına təhlükə olan bu vərdişdən necə qurtulmalı?

Bundan qurtulmaqdan, sağlam bir evdə və məkanda yaşamaqdan ötrü sizin üçün biz "AĞDAĞ" Müasir gips Zavodunu quraraq "AĞDAĞ" məhsulunu yaratdıq. 2002-ci ildə əsası qoyulmuş, ixrac yönümlü, Qafqazda ilk müasir tipli gips zavodu olan "AĞDAĞ" 2007-ci ilin əvvəllərində məhsul itehsalı ilə fəaliyyətə başlamışdır. Zavod qabaqcıl alman texnologiyasına əsaslanır, istehsal prosesi rəqəmli texnologiya ilə avtomatlaşdırılmış formada idarə olunur və keyfiyyətə total nəzarət həyata keçirilir. Zavodun nəzdində "AĞDAĞ" Texnoloji Mərkəzi yaradılıb ki, onun da əsas vəzifəsi "AĞDAĞ" məhsulunun unikal keyiyyət parametrlərini müəyyənləşdirmək və keyfiyyətə tam nəzarəti həyata keçirməkdir. Hal-hazırda bu istehsal sahəsi Azərbaycandakı sürətli iqtisadi inkişafın parlaq nümunələrindən birinə çevrilməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256