SƏNAYE

Assosiasiya sədri: Azərbaycanda 500 mindən çox xurma istehsalçısı və ixracatçısı var
29 OKTYABR
70

Assosiasiya sədri: Azərbaycanda 500 mindən çox xurma istehsalçısı və ixracatçısı var

2018-10-29 09:53:00

Bu gün ölkə əhalisinin 500 min nəfərdən çoxu xurma istehsalçısı və ixracatçısıdır. Onlar bu sahədən gəlir götürürlər. Xurmaçılıq bu qədər insanın yaşayışının təmin edilməsində mühüm rol oynayır.\

Bu sözləri Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov Balakəndə keçirilən II Beynəlxalq xurma festivalı zamanı jurnalistlərə müsahibəsində deyib.

Festivalın keçirilməsinin dövlətin Azərbaycan kəndlisinə, fermerinə verdiyi yüksək dəyərin bariz nümunəsi olduğunu vurğulayan Assosiasiya sədri bildirib ki, istehsalçılara göstərilən bu diqqət onları daha da həvəsləndirir, bu sahəyə marağı artırır.

Qadir Yusifov Azərbaycanın tezliklə xurma ixracı üzrə dünya ölkələri arasında qabaqcıl mövqeyə çıxacağına əminliyini ifadə edib.

 

azertac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250