SƏNAYE

Bu il Zaqatalada xurma bol olacaq
26 OKTYABR
142

Bu il Zaqatalada xurma bol olacaq

2018-10-26 11:09:00

Zaqatala rayonunun xurma bağlarında məhsul yığımına başlanılıb. Builki mövsümdə rayonda xurma istehsalının 6 min tona çatacağı proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə Azərtac-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.

Hazırda rayonda mövcud xurma bağlarının ümumi sahəsi 385 hektardır. Bu bağların 320 hektarı barverəndir. Ötən il xurma bağlarından 5 min 521 ton məhsul tədarük olunub. Rayonda istehsal olunan xurmanın böyük hissəsi satış üçün Rusiya bazarlarına ixrac edilir.

Son illər rayonda yeni xurma bağlarının salınmasına diqqət artıb. Yeni bağlar salınarkən daha çox “Şişburun” xurma sortuna üstünlük verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251