SƏNAYE

Gələn il Azərbaycanda dizel yanacağının istehsalı 1,5% artacaq
25 OKTYABR
165

Gələn il Azərbaycanda dizel yanacağının istehsalı 1,5% artacaq

2018-10-25 17:42:00

Gələn il Azərbaycanda 1 975,5 min ton dizel yanacağı istehsalı proqnozlaşdırılır ki, bu da 2018-ci il proqnozu ilə müqayisədə 1,47% çoxdur.

Fins.az-ın məlumatına görə, bu barədə 2019-cu il büdcə zərfində deyilir.

Məlumata görə, 2020-ci ildə 1 830,0 min ton, 2021-ci ildə 2 370,2 min ton, 2022-ci ildə 2 377,5 min ton dizel yanacağının istehsal olunacağı gözlənilir. Bu barədə Report yazıb. 

Qeyd edək ki, 2018-ci il proqnozuna əsasən ölkədə 1 946,8 min ton dizel yanacağının istehsal olacağı ehtimal olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258