SƏNAYE

Azərbaycan minik avtomobili istehsalını 3 dəfədən çox artıracaq
25 OKTYABR
183

Azərbaycan minik avtomobili istehsalını 3 dəfədən çox artıracaq

2018-10-25 15:47:00

Azərbaycanda gələn il 2000 minik avtomobilinin istehsalı proqnozlaşdırılır ki, bu da 2018-ci il proqnozu ilə müqayisədə 3,3 dəfə çoxdur.

Fins.az-ın məlumatına görə, “Report” bu barədə 2019-cu il büdcə zərfinə istinadən xəbər verir.

2020-ci ildə 3500, 2021-ci ildə 5300, 2022-ci ildə 7000 minik avtobilinin istehsal olunacağı gözlənilir. Həmçinin proqnozlara əsasən 2019-cu ildə 843, 2020-ci ildə 752, 2021-ci ildə 721 və 2022-ci ildə 782 ədəd yük avtomobili istehsal olunacaq.

Qeyd edək ki, 2018-ci il proqnozuna əsasən ölkədə minik avtomobili istehsalının 600 ədəd, yük avtomobili istehsalının 55 ədəd olacağı ehtimal olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255