SƏNAYE

Çin Azərbaycanda avtomobil şinləri istehsal edəcək
25 OKTYABR
204

Çin Azərbaycanda avtomobil şinləri istehsal edəcək

2018-10-25 12:08:00

İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkətinin nümayəndələri ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Fins.az-a verilən məlumata görə, nazir Şahin Mustafayev bildirib ki, “Çin Milli Elektrik Mühəndisliyi Ko., Ltd” (CNEEC) şirkətinin də Azərbaycanda iş təcrübəsi var və müxtəlif layihələrin icrasında iştirak edib.

CNEEC-in vitse-prezidenti Zheng Chengjun şirkətin Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib və ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasında iştirak etdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycana növbəti səfər zamanı Çin nümayəndə heyəti iqtisadi sahədə əməkdaşlığa dair bir sıra görüşlər keçirib, Sumqayıt Kimya Sənaye Parkında olub.

Zheng Chengjun CNEEC-in Azərbaycanda avtomobil şinlərinin istehsalı sahəsində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb, bu məqsədlə ölkəmizdə reallaşdırmaq niyyətində olduqları layihəyə dair təqdimat keçirib.

Görüşün sonunda “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “CNEEC” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258