SƏNAYE

Azərbaycan taxıl ehtiyacının 90%-i Rusiyadan alır - MÜSAHİBƏ
24 OKTYABR
581

Azərbaycan taxıl ehtiyacının 90%-i Rusiyadan alır - MÜSAHİBƏ

2018-10-24 14:18:00

Fins.az Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzovun müsahibəsini təqdim edir: 

Kəndlilərə hansı subsidiyalar verilir?

- Yanacaq və motor yağlarına görə (2007-2014-cü illərdə hər hektara 40 manat, 2015-ci ildə isə 50 manat)

- Buğda və çəltin əkininə görə ( hər hektara 40 manat)

- Təkrar əkinlərə yanacaq və motor yağlarına görə (hər hektara 50 manat)

- Pambıq satışına görə ( hər kiloqramına 0.10 manat)

- Tütün satışına görə ( quru tütünün 1 kiloqramına görə, yaş tütünün hər kiloqramına görə 0, 05 manat)

- Barama satışına görə  (hər kiloqrama 5 manat)

- Mineral gübrələrin güzəştli satışına görə ( hər hektar əkin sahəsi üçün satılan gübrəya 2007-2014-ü illərdə 50% güzəşt, ödənilən məbləğin yuxarı həddi 80 manat, 2015-ci ildən 70% güzəşt, ödənilən məbləğin yuxarı həddi 100 manat)

- Pestisidlərin güzəştli satışına görə ( 2016-cı ildən hər hektar əkin sahəsi üçün satılan  pestisidlərin qiymətinə 70 % güzəşt, ödənilən məbləğin yuxarı həddi 100 manat)

- Texnikaların güzəştli satışına görə ( ilkn dəyərinin 20% ödənildikdə, büdcə vəsaiti hesabına ilkin dəyərinin 40% həcmində güzəşt edilir)

- Suvarma sistemləri dəsti və acadanlığının güzəştli satışına görə ( 2015-ci il may ayınını 1-dən ilkin dəyərinin ödənildikdə, büdcə vəsaiti hesabına ilkin dəyərinin 40% həcmində güzəşt edilir)

- Damazlıq heyvanların satışına görə (idxal olunan damazlıq heyvanlar 50% güzəştlə satılır)

- 1-ci və 2-ci reproduksiyalı toxumlar və tinglərin satışına görə ( subsidiyanın məbləği təsdiq olunmuş kvota əsasında müəyyən edilir)

- Elmi-tədqiqat təşkilatlarına orijinal, superelit və elit toxumlarının istehsalına çəkilən xərclərin ödənilməsinə görə ( istehsal xərcləri büdcə vəsaiti hesabına ödənilir)

- Süni mayalanma yolu ilə alınmış hər buzova görə 100 manat verilir.

Bölgələrə görə hansı bölgə ən çox nə üzrə ixtisaslaşıb?

Kənd təsərrufat məhsulllarının istehsalın iqtisadi rayonların xüsusiyyətləri və təbii iqlim şəraitləri nəzərə almaqla iqtisaslaşdırılması çoxşaxəli və mürəkkb bir proses olmaqla yanaşı, həm də aqrar sahənin real vəziyyətinin təhlili və potensialın qiymətləndirilməsi baxımından çox mühüm məsələdir. Bu fəaliyyət həmçinin ölkə başçının da diqqət mərkəzindədir. Qeyd edim ki, ölkə üzrə torpaq və su ehtiyatların səmərəli istifadə olunması ayrı ayrı reginoların kənd təsərrufatı məhsullarının istehsalı baxımından müqayisəli üstünlüklərinin müəyyən olunması, kənd təsərrufatına göstərilən dövlət dəstəyinin təkmilləşdirilməsi, habelə ümumən kənd təsərrüfatı sahəsi üzrə qəbul edilən qərarların effektivliyinin artırılması məqsədilə ölkə rayonlarının ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalı baxımından ixtisaslaşdırılması  ilə bağlı tədbirlər planı artıq hazırlanıb. İxtisaslaşdırmanın üç istiqamətdə aparılan tədqiqatların nəticəsinə əsaslanaraq müəyyənləşdirilməsi planlaşdırlıb.

  1. Regionların (rayonların) təbii-iqlim və torpaq xüsusiyyətlərin təhlili əsasında.
  2. Əkin sahəsi, məhsul istehsalı, məhsuldarlıq və heyvan sayı göstəriciləri üzrə mövcud statistik məlumatların təhlili əsasında.
  3. Kənd təsərrüfatı sahəsində dövlət siyasəti ilə müəyyən olunan prioritet və strateji sahələrin inkişaf edilməsi tələblərinin nəzərə alınması əsasında.

Tədbirlər planında rayonlar üzrə təbii-iqlim xüsusiyyətləri, torpaq və su ehtiyatı, habelə heyvan və bitki örtüyü haqqında məlumatların toplanması, təhlili, regionlarda kənd təsərrüfatının mövcüd inkişaf səviyyəsinin, kənd təsərrüfatı məhsullarının daşınması, saxlanması və emalı üzrə infrastrukturun vəziyyətinin qiymətləndirilməsi əsasında ixtisaslaşma ilə bağlı yekun hesabatın və xəritənin hazırlanması nəzərdə tutulub. Qeyd edim ki, ixtisaslaşdırmanın aparılması üçün pilot olaraq Dağlıq Şirvan iqtisadi rayon seçilib.

Azərbaycanda hansı aqroparklar var və onlar nə işlə məşğul olurlar?

“Şəmkir Aqropark” MMC – müxtəlif meyvə tərəfəz istehsalı, labaratoriya, qablaşdırma, məhsulların tədarükü, logistika xidmətləri vardır.

“Yalama Aqropark” MMC –Aqropark daxilində cins heyvandarlıq kompleksinin, qarışıq yem və süd emalı zavodları, istixana kompleksi, intensiv bağçılıq, təsərrüfatlarının yaradılması nəzərdə tutulur.

“Region Aqropark” Aqropark tərəfindən Bozdağ massivi adlanan ərazidə yararsız vəziyyətdə olan torpaq sahələrinin əkinə yararlı vəziyyətə gətirilməsi üçün yarğanlar doldurulub, yüksək keyfiyyətli hamarlama işləri aparılıb, torpağın biohumus qatının bərpası məqsədilə, böyük həcmdə kompos verilib. İstehsal olunan məhsulların uzun müddət keyfiyyətli və itkisiz saxlanılması üçün hər birinin tutumu 3 min ton olan 18 min tonluq 6 taxıl anbarı kompleksi və saatda  gücü 10 ton olan qurutma sitemi inşa olunub.

“Günəşli-Aqro” MMC Aqroparkın torpaqlarında arpa, şəkər çuğunduru, buğda, pambıq, qarğıdalı, yonca əkilir.

“Buta Qrup” MMC Aqropark yeni yaradılıb. Burada əsasən ixrac yönümlü məhsul istehsal olunur. Aqroparkın əsas məhsulu pomidor və kartofdur.

Hazırda Azərbaycanda neçə baş cins heyvan var? Yaxın gələcəkdə nə qədər cins heyvan gətiriləcək və bu mal-qaradan nə qədər süd əldə etmək olar?

"01.01.2018-ci il tarixinə ölkəmizdə 60263 baş cins heyvan var. Növbəti ildə ölkəmizə 8040 ədət iri buynuzlu, 20000 ədət xırda buynuzlu cins heyvan gətiriləcəyi nəzərdə tutulur. İri buynuzlu heyvanlardan 35,5 min ton, xırda buynuzlu heyvanlardan isə 4.9 min ton süd əldə olunacaq"

Azərbaycan hər il nə qədər taxıl istehsal edir və bu yerli bazaar nə qədər təmin edir? Hansı ölkələrdən nə qədər taxıl alırıq?

Azərbaycanda 2017-ci il üçün 2,84 milyon ton taxıl istehsal edilmiş və 1.44 milyon ton idxal edib. Taxıl idxalın 90%-dan çoxu Rusiyanın payına düşür. Rusiya, Qazaxıstan, Ukranynadan buğda, arpa, qarğıdalı, Hindistandan çəltik idxal olunur. 2017-ci ildə Rusiyadan 1.3 milyon ton taxıl məhsulları idxal edilib.

Ölkəmizdə yerli süd və süd məhsulları yerli heyvanların hesabına ödənə bilir?

2017-ci ildə ölkəmizdə süd və süd məhsulları özünü təmin etmə səviyyəsi 86,1% təşkil edib.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258