SƏNAYE

Burada üzüm 80 qəpiyə satılır
23 OKTYABR
247

Burada üzüm 80 qəpiyə satılır

2018-10-23 15:47:00

Salyanda üzümçülük əsas təsərrüfat sahələrindəndir.

Fins.az xəbər verir ki, fermerlər bu gəlirli sahəyə böyük maraq göstərdiyindən rayonda üzüm plantasiyalarının sahəsi ilbəil artır. Hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1186,5 hektar üzüm bağı mövcuddur ki, bunun da 954 hektarı barverəndir.

Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov bildirib ki, indiyədək bağlardan 3188 tondan çox üzüm yığılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Rayonda yığım kampaniyası mütəşəkkil təşkil olunduğundan gün ərzində üzüm sahələrindən 20-25 ton məhsul götürülür. Mütəxəssislərin hesablamalarına görə, mövsümün sonuna kimi bağlardan 4000 ton məhsul yığmaq mümkün olacaq. Bu barədə Azərtac məlumat yayıb. 

Qeyd edək ki, ötən ilə nisbətən cari ildə bağlarda məhsul çox olduğundan üzümün qiyməti də xeyli ucuzdur. Bağbanlar üzümün 1 kiloqramını yerində 80-90 qəpiyə təklif edirlər. Ötən il isə bu rəqəm 1,10-1,20 qəpik arasında olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254